Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mutasiya olunmuş virusla bağlı qorxunc açıqlama: Maska işə yaramır

129 Baxış

Dünyada bir-birinin ardınca müşahidə edilən koronavirus mutasiyaları epidemiya narahatlığını artırır.

“Haber Global” məlumat verir ki, İtaliyada COVID-19-a qarşı mübarizə aparan şəxslərdən biri, Pier Luici Bartoletti mutasiyaya uğramış virusla bağlı açıqlamalar verib.

Bartolettinin sözlərinə görə, Britaniya variantı hesab edilən B 117 virusuna qarşı tibbi və cərrahi maskalar heç bir işə yaramır.

O qeyd edib ki, yeni mutasiyalara FFP2 və FFP3 maskaları istifadə etmək olar.

Mütəxəssis bildirib ki, virus qapalı yerlərdə maskadan nüfuz edə bilir:

“Daha ölümcül deyil, amma daha çox yoluxucudur. Gənclərə də təsir edir. Tez adaptasiya olaraq daha sürətlə xəstəliyə səbəb olur. Ona görə mutasiya olunmuş varianta qarşı diqqətli olmalıyıq. Tədbirlər bütün dünyada daha da artırılmalıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678