Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən sutka ərzində yanğınlarda xəsarət alanların sayı açıqlandı

126 Baxış

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi qəza-xilasetmə əməliyyatlarının statistikasını yayıb.

Verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və bir halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Ümumilikdə, ötən sutka ərzində bağlı qapı arxasında qalmış şəxsin meyiti və yanğın zamanı yanaraq həlak olmuş şəxsin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib, iki nəfər yanıq xəsarəti alıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678