Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cari ilin bir ayı ərzində 613 kq narkotik vasitə dövriyyədən çıxarılıb – RƏSMİ

117 Baxış

Bu ilin 1 ay 4 günü ərzində polis orqanları tərəfindən 613 kq narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Bu barədə DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, respublikanın daxili işlər orqanları tərəfindən aparılan kompleks əməliyyat-profilaktik tədbirləri nəticəsində bu istiqamətdə işlər ildən-ilə müsbət istiqamətdə dəyişir:

“Belə ki, respublikanın daxili işlər orqanları tərəfindən bu ilin 1 ay 4 günü ərzində 193 kq marixuana, 344 kq heroin, 68 kq tiryək, 1 kq həşiş, 2 kq digər narkotik tərkibli vasitələr, eləcə də 67 kq metamfetamin aşkar edilərək dövriyyədən çıxarılıb”.

“Təkcə bu rəqəmin böyük hissəsi, 316 kq narkotik vasitə, o cümlədən 74 kq marixuana, 179 heroin, 62 kq tiryək, 1 kq həşiş, 43 kq psixotrop maddə Baş Narkotiklə Mübarizə İdarəsi və onun tabeli orqanlarının əməkdaşları tərəfindən müəyyən edilərək dövriyyədən çıxarılıb”, – deyə E.Hacıyev qeyd edib.

O bildirib ki, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən olunaraq aidiyyəti üzrə təhvil veriliblər və onlar barəsində istintaq orqanlarında müvafiq istintaq hərəkətləri aparılır:

“Məqsədimiz narkotik vasitələrə qarşı aparılan mübarizənin effektiv nəticəsinin olmasıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, narkotik vasitələrə qarşı mübarizə çərçivəsində görülən tədbirlərin effektiv nəticəsini təhlil etdikdə bu ilin 1 ay 4 günü ərzində əldə olan nəticələrin ötən ilin 4 ayı ilə müqayisədə daha çox olduğu məlum olur”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678