Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN-dən avtoxuliqanlıq edən şəxsin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA

126 Baxış

Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və  idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb. 

Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır. 

“Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Həmin şəxsin ailə üzvləri ictimai təhülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır. 

Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə tıxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və  gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb”. 

Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən, istintaq təcridxanasına yerləşdirilib.

Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678