Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikdə nə var?

132 Baxış

Azərbaycanda notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun ödənilmədiyi hallara dair siyahıya dəyişiklik təklif olunur.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 11.1.3-cü maddəsinə əsasən, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə – birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi köçkünlər həmin rüsumdan azad edilir.

Layihəyə əsasən, “birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” ifadəsi çıxarılır.

Təklif olunur ki, həmin ifadə “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərə, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə” sözləri ilə əvəzlənsin.

Layihə parlamentin Gənclər və idman komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678