I və II Qarabağ müharibəsindən sonra Ermənistana təhvil verilənlərin sayı bilinib

4 Baxış

Birinci və İkinci Qarabağ müharibəsindən sonra Ermənistana təhvil verilən şəxslərin sayı açıqlanıb.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfransda məlumat verib.

O bildirib ki, qarşı tərəfə I Qarabağ müharibəsində 500 nəfərdən çox, II Qarabağ müharibəsindən sonra keçən müddət ərzində isə 181 erməni əsilli şəxs azad edilərək təhvil verilib.