Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncə İcra Hakimiyyətində yeni təyinatlar – FOTO

120 Baxış

Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub.

Oxu.Az-ın məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq sərəncamları ilə, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri, Adil Tağıyev isə Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini – Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin ediliblər. 

Qeyd edək ki, Məhərrəmov Kamran Məhərrəm oğlu bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri, Tağıyev Adil Arif oğlu isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb. 

Hər iki müavin bu gün kollektivə təqdim edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678