Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri başa çatıb

25 Baxış

Noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678