Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə vaksinasiya prosesi davam etdirilir – FOTO

116 Baxış

Yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi ilə başlayan proses mərhələli şəkildə davam etdirilir. 

Bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. 

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB birgə fəaliyyət göstərir.

Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında TƏBİB tərəfindən həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, peyvəndlənmə prosesinə yanvarın 18-dən etibarən başlanılıb və ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsi həyata keçirilib.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün vaksinasiya prosesi davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678