Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Sloveniyada YDM şəbəkəsi istifadəyə verə bilər

138 Baxış

Avstriyanın OMV enerji şirkəti Sloveniyadakı 120 yanacaqdoldurma məntəqəsini satışa çıxarır. 

Oxu.Az-ın məlumatına görə, şirkət Sloveniyada sahib olduğu hissələrin 92,3 faizini satışa çıxarıb. 

Bildirilir ki, şirkət tərəfindən bazara çıxarılan 120 YDM şəbəkəsinə maraq göstərən şirkətlər arasında SOCAR da var.

SOCAR-dan əlavə Polşanın enerji şirkəti PKN Orlen və Macarıstanın MOL, Rusiyanın Lukoil şirkətləri də hissələrə maraq göstərən potensial alıcılar sırasındadır.

PKN Orlen şirkətinin İdarə Heyətinin üzvü Patrisia Klarecka bir neçə gün əvvəl Polşa xəbər agentliyinə verdiyi açıqlamada məsələ ilə bağlı bütün imkanları dəyərləndirəcəklərini deyib.

Qeyd edilib ki, SOCAR 2019-cu ildən Avstriyada 82 yanacaqdoldurma məntəqəsinə sahibdir.

Xatırladaq ki, OMV Sloveniya neft məhsulları bazarında 20 faizdən çox paya malik olan ikinci ən böyük şirkətdir. Şirkətin 318 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678