2 saatda bölgəyə 61 min ildırım düşdü- 12 nəfər həyatını itirdi
8 Baxış

Hindistanın Odişa əyalətinə 2 saatda 61 min ildırım düşüb.
Turanmedia.az-ın məlumatına görə, TNS xarici mediaya istinadən xəbər verir ki, güclü yağışlardan sonra ildırım vurması nəticəsində 12 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Bölgədə güclü yağışların 3 gün daha davam edəcəyi bildirilib.
Əlverişsiz hava şəraiti ilə bağlı yerli əhaliyə xəbərdarlıq edilib.