Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zərdabda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb – VİDEO

147 Baxış

Zərdab rayonunda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilir ki, daxil olmuş məlumat əsasında Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Köprükənd kənd sakini, əvvəllər məhkum edilmiş Mehman Məmmədov saxlanılıb.

M.Məmmədovun yaşadığı ünvana baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 13 ədəd çətənə kolu və 330 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678