Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ruslar Ukraynada bu əraziyə daxil oldular, qanlı küçə döyüşləri BAŞLADI

124 Baxış

“Rus ordusu Kremennaya (Luqansk vilayəti) daxil olub. Artıq şəhərdə küçə döyüşləri başlayıb”.

Turanmedia.az-ın məlumatına görə, KONKRET.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Qayday qeyd edib ki, hal-hazırda döyüşlər davam edən ən qaynar yerlərdən biri də Kremennadır:

“Bu gün artıq bir ay yarımdır davam edən döyüşlərdə ən qaynar nöqtə Kremenna qəsəbəsidir. İndi çəridə döyüşlər gedir, rus ordusu çoxlu texnika ilə ora daxil olub”.

O, həmçinin qeyd edib ki, bu gün Kremennadan təxliyə planlaşdırılırdı, lakin bir gecədə hər şey dəyişib.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya qoşunları hələ də Mariupolu (Donetsk vilayəti) tam ələ keçirə bilmirlər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678