Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dollara tələb bir qədər də aşağı düşüb

126 Baxış

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 46,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, ilin əvvəlində dollara tələb yüksələrək 142,2 milyon ABŞ dollarına çatıb. Tələbin ötən aylara nisbətən yüksək olması ilə bağlı Mərkəzi Bankın açıqlamasından sonra növbəti hərraclarda dollara tələb tədricən azalıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678