Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha iki ali təhsil müəssisəsi akkreditasiyadan keçib

125 Baxış

Azərbaycan Respublikasının təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetində və Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.

Qurumdan verilən məlumata görə, akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış ekspertlərdən ibarət Komissiya tərəfindən aparılıb.

Qiymətləndirilmə nəticəsində hər iki ali təhsil müəssisəsinin növbəti beş il müddətinə akkreditasiya olunmasına dair Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. Müvafiq qərara əsasən Agentlikdə hər iki ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnamələri təqdim edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli Qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin Qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq,  Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678