Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıt İcra Hakimiyyəti: “Qarın yaratdığı fəsadlar aradan qaldırılıb” – FOTO

310 Baxış

Qarlı hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, Sumqayıtda ictimai nəqliyyat fəaliyyətdədir.

Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, şəhərdə gecə saatlarından yağan qar yollarda hərəkətə maneə yaratmayıb. Belə ki, yolların gecə saatlarından etibarən təmizlənməsinə başlanılıb. Xeyli sayda texnika qarın təmizlənməsinə cəlb olunub:

“Şəhər ərazisində yollarda hərəkət davam edir. İctimai nəqliyyatın, eləcə də minik avtomobillərinin fəaliyyətində heç bir problem yoxdur. Hazırda da şəhərin küçə və prospektlərində qarın təmizlənməsi davam etdirilir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678