Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçmazda 27 yaşlı şəxs itkin düşüb – FOTO

122 Baxış

Xaçmaz sakini bir aydır itkin düşüb.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib. Bildirilib ki, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Əlislamov Vasif Nazim oğlu yanvarın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Ailəsinin sözlərinə görə, onun psixoloji problemləri olub.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən şəxsin itkin düşməsi barədə ailəsi tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub:

“Daxil olan məlumat əsasında axtarışlara başlanılıb və tədbirlər davam etdirilir”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678