Azərbaycan nefti kəskin bahalaşdı
127 Baxış
Azərbaycan neftinin qiyməti artmaqda davam edir.
“Azeri Light” markalı neftin bir bareli 2,95 ABŞ dolları və ya 4,56 faiz bahalaşıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 67,70 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.
Məlumat oxu.az saytından götürülmüşdür.