Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xəzərin ruhu”nu dünyaya daşıyan gəmilər muzeyə yan alır – FOTO + VİDEO

140 Baxış

Bura ölkə başçısı Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanda qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmisidi.

Əvvəlcə bizi kapitan və baş köməkçi qarşılayaraq, heyət üzvləri, onların vəzifələri barədə məlumatlandırır. 

Muzey qismində “Suraxanı” tankerinin seçilməsi heç də təsadüfi deyil. Bu gəmi öz dövrü üçün ən iri və müasir tankerlərdən biri olub.  Bir zamanlar Xəzərdə üzən “Suraxanı” gəmisi dünyanın ilk tankeri “Zoroastr”la əsası qoyulan Azərbaycanın neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123,5 metr, tutumu isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən “Mühəndis A.Pustoşkin” tipli gəmilərdən biridir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678