Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Gender Hub Azerbaijan” və ADO birlikdə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş çəkiliş edib – VİDEO

151 Baxış

Martın 6-da “Gender Hub Azərbacaycan” layihəsinin və ADO Teatrının tərəfdaşlığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş performansın çəkilişi baş tutub.

Növbəti günlərdə videoçarx ictimaiyyətə təqdim olunacaq.

“Bəri bax, Bəri bax”, “Qadının səsi” kolleborativ performans qadınların ictimai və şəxsi həyat fəaliyyətləri arasında görünməyən mövcud təcrübə və travmaları ənənəvi konstruksiyalarla ehtiva edib.

Bu multidisiplinar göstəriş müxtəlif patriarxal və məişət – səs, əşya və insan medyumlarını küçəyə çıxararaq qadınların cəmiyyətdəki kimliklərini/identifikasiyalarını ictimailəşdirib.

Hər iki performansın Bakının mərkəzi küçələrində çəkilişi olub və yaxın günlərdə yayımlanacaq.

Videoçarxın hazırlanması “Gender Hub Azerbaijan” və ADO-nun birgə əməkdaşlığı çərçivəsində baş tutub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678