Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AQTA monitorinq keçirdi: 1000-dən çox nöqsan aşkarlandı

118 Baxış

Bu ilin 1-7 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22 642 monitorinq həyata keçirilib və 1109 nöqsan aşkar edilib. 

AQTA-dan verilən xəbərə görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb. 

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır – 124 (11%). 

Ümumilikdə, 2020-ci il sentyabrın 25-dən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55 316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678