Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şabranda güclü yanğın: Xəsarət alanlar var

129 Baxış

Şabran rayonunun Şahnəzərli kəndində ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli altı otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 185 kvadratmetr sahədə yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı üç nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678