Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hüquqşünasdan xəbərdarlıq: “Daha çox kişi aliment ödəməkdən yayına bilər” – VİDEO

142 Baxış

Azərbaycan Konstitusiyasına görə, ailə dövlətin xüsusi himayəsindədir. Ölkənin ana sənədində xüsusi qeyd edilir ki, uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Valideyn qayğısından məhrum olan uşaqlar isə dövlətin himayəsindədir. Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar.

Cəmiyyətdəki anlayışa görə, aliment ödənilməsi daha çox atanın üzərindədir. Buna səbəb isə nikah başa çatdıqda əksər hallarda yetkinlik yaşına çatmayan uşağın ananın himayəsində qalması ilə bağlıdır. 

Əksər hallarda atalar aliment verməkdən imtina edir, müxtəlif üsullarla məhkəmə qərarından boyun qaçırırlar. 

Baku TV xəbər verir ki, işləmək imkanları məhdudlaşan ananın da gəlir və qazancları olmadığı üçün övladına lazım olan vəsaiti xərcləyə bilmir. 

Bir sıra ölkələrdə bu kimi halların qarşısının alınması üçün Aliment Fondu yaradılıb. Belə fondlar tərəfindən vaxtaşırı olaraq boşanan ailələrin övladları üçün vəsait ödənilir. Daha sonra isə fond həmin vəsaiti atadan geri alır. 

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Yusif İsmayılovun sözlərinə görə, Aliment Fondunu elə formada yaratmaq lazımdır ki, işlək olsun:

“İstisna olunmur ki, ölkədə belə bir fond yaradılarsa, daha çox kişi aliment ödəməkdən yayınar. Digər bir mühüm məqam çox zaman boşanmadan sonra kişilərin qazanc üçün Rusiya və Türkiyəyə üz tutmalarıdır. Belə olan halda fonddan ödənilən pul kimdən tutulacaq? Bu səbəbdən, yeni mexanizm hazırlanarkən, həm Azərbaycanın spesifikası nəzərə alınmalı, həm də boşanmaları stimullaşdırmamalıdır”. 

Hüquqşünas onu da qeyd edib ki, fondun yaradılması o halda mümkündür ki, bunun üçün yetərincə büdcə vəsaiti mövcud olsun. 

Ətraflı süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678