Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş ağrılarının artmasının səbəbi… – Açıqlama

31 Baxış

Əvvəlki illərə nisbətən son vaxtlar insanlarda baş ağrılarının artması bir çox səbəblərdən qaynaqlanır. Onların ən başlıcası isə düzgün yuxu və qida rejiminə riayət olunmaması, həddindən artıq informasiyanın beyinə yüklənməsidir.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nevropatoloq Yeganə Rəşidova deyib.

Nevropatoloqun sözlərinə görə, bəzi insanlarda az hərəkətliliklə əlaqədar fəqərə problemi də baş ağrılarına səbəb ola bilər:

“Həqiqətən də yaşadığımız dövrdə informasiyasız qalmaq mümkün deyil. Lakin baş ağrılarının olmaması üçün insanın normal yuxu və düzgün qida rejimi olmalıdır. Mobil telefonlardan az istifadə etməli, həmçinin, yatan zaman ya telefonu söndürməli, ya da özündən 2 metr məsafədə saxlamalıdır. Eyni zamanda burada təmiz havada gəzintinin də xüsusi önəmi var”, – o bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678