Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“YAŞAT” Fondu daha bir qazimizin əməliyyat xərclərini qarşıladı – VİDEO

122 Baxış

Şuşa istiqamətində döyüşlərdə yaralanan qazimiz gözündən əməliyyat olunub.

Oxu.Az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat paylaşıb.

Qazimiz Saməddin Əhmədov döyüş tapşırığını yerinə yetirən zaman minaya düşərək gözlərini və sol ayağını itirib. Əməliyyat zamanı bədənindən 300 qəlpə çıxarılıb.

“YAŞAT” Fondunun dəstəyi ilə iki gün əvvəl yerli və İsraildən dəvət edilən həkimlərin iştirakı ilə qazimizin göz əməliyyatı uğurla həyata keçirilib.

Saməddin Əhmədov özünü əvvəlkindən daha yaxşı hiss etdiyini deyib.

Qazimizin əməliyyatını həyata keçirən həkim-cərrah Yişay Falik 4 saat davam edən göz əməliyyatından danışıb:

“O, çox ağır yaralanmışdı. Həm bizim, həm də ortopedik cərrahların həyata keçirdiyi əməliyyatlar çox yaxşı oldu. Əməliyyatı həkim Barak Yoreh ilə birgə etdim. Barak Yoreh İsrailin ən yaxşı, aparıcı göz cərrahlarından biridir”.

Həkim-cərrah Barak Yoreh çətin keçən əməliyyatdan sonra qazimizin görməsinin bərpa olunacağına ümid etdiyini bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678