Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qaradağda yeniyetmə itkin düşüb – FOTO

125 Baxış

Bakıda 15 yaşlı oğlan itkin düşüb. 

Bu barədə Oxu.Az-a onun atası Hikmət Xəlilov məlumat verib. Atası deyir ki, oğlu iyulun 7-də Qaradağ rayonu, Ələt qəsəbəsində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb:

“Oğlum 2006-cı il təvəllüdlü Xəlilov Şərif heç kimə heç nə demədən evdən çıxıb. Axtarış zamanı kamera görüntüləri vasitəsilə onun Qobustan qəsəbəsinə getdiyini bildik. Orada bir nəfərlə görüşüb. Həmin adamı tapıb danışdıq. O deyir ki, Şərif ondan məscidin yolunu soruşub. Məsciddən soruşduq dedilər ki, bura belə adam gəlməyib. Kameraya da baxmağa icazə vermədilər. Evdən çıxanda Şərifin əynində mavi rəngli köynək, qara şalvar və ağ rəngli idman ayaqqabısı olub. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Axtarışlar aparılır”.

Uşağı görənlərdən +994 55 660 72 00 nömrələri vasitəsi ilə atasına məlumat vermələri xahiş olunur.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən itkinlə bağlı məlumatı Oxu.Az-a təsdiq ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678