Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəzərdə dalğanın hündürlüyü altı metrə çata bilər – RƏSMİ

124 Baxış

Hava şəraitinin kəskinləşəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin proqnozu Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə daxil olan andan gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. 

Bununla bağlı Dövlət Dəniz Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.

Məlumata əsasən, martın 12-dən 13-ü səhərədək gün ərzində Xəzər akvatoriyasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə arabir 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 2,5-3,5 m, sonrakı inkişafda isə 4,5-6,5 m çatacağı proqnazlaşdırılır.

Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi təcrübəli kapitanlar vasitəsilə idarə olunur. Gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə durması prosesi radarlar vasitəsilə fasiləsiz olaraq müşahidə olunur.

Hava şəraitinə uyğun olaraq, Milli Mərkəzin təcrübəli kapitanları gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verəcək. Agentliyin gündəlik iş rejimində olduğu kimi, ölkəmizin  ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinin təhlükəsizliyi təmin ediləcək. Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə fasiləsiz olaraq əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunmasına nəzarət  edir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678