Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb – RƏSMİ

123 Baxış

Ötən gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 12-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistikaya əsasən, əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb, iki nəfər xəsarət alıb.      

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678