Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda müəllim koronavirusdan öldü – FOTO

114 Baxış

Azərbaycanda müəllim koronavirusdan vəfat edib. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib. 

Universitetin Avtomatika və idarəetmə kafedrasının əməkdaşı Rəna Kərimova 58 yaşında koronavirusdan vəfat edib.

Rəna Kərimova 1963-cü ildə Bakıda anadan olub. 1980-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olub. 1985-ci ildə isə universiteti fərqlənmə ilə bitirib.

AzTU-nun rəhbərliyi və kollektivi Rəna Kərimovanın vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678