Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yol nişanına əməl etməyən “Range Rover” beş avtomobilə çırpılıb, xəsarət alan var – FOTO

138 Baxış

Bakının Səbail rayonunda altı avtomobilin toqquşması zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində qeydə alınıb.

Elvin İsmayılov idarəetməsində olan “Range Rover” markalı avtomobillə yol nişanının tələbinə əməl etməyərək Rauf Məmmədova məxsus “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

“Toyota” yol kənarında dayanan “Mitsibushi”, iki “Hyundai” və “Porche” markalı nəqliyyat vasitələrinə çırpılıb. “Toyota” markalı avtomobilin sürücüsü Rauf Məmmədov ağır bədən xəsarətləri alıb. 

Ümumilikdə altı avtomobilə ciddi ziyan dəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678