Tayvanın “EVA Air” aviaşirkətinin təyyarəsi təcili Bakıya eniş edib
8 Baxış

Tayvanın “EVA Air” aviaşirkətinin Taypey-Milan marşrutu üzrə uçuş yerinə yetirən təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi olub (ürək tutması).
Boeing 787-9 təyyarəsi yerli vaxtla saat 05:15-də Bakı hava limanına enib.