Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aksiz markasız məhsullar aşkarlanıb – FOTO

163 Baxış

İstehlak bazarında aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, operativ vergi nəzarəti tədbiri zamanı aksiz markası olmayan 608 ədəd alkoqollu içki məhsulu və 2 min 186 qutu tütün məmulatları, eyni zamanda aksiz markalarının saxta olduğu şübhə doğuran 472 ədəd alkoqollu içki məhsulu müvəqqəti saxlanc üçün götürülüb.

Aparılmış araşdırmalar zamanı, saxta aksiz markası vurulması ehtimal olunan alkoqollu içkilərin alış sənədinin olmadığı müəyyən edilib, həmin məhsullar ekspertiza məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib. Müvafiq sənədləşmə işləri yekunlaşdıqdan sonra nəzarət materiallarının Vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678