Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş nazir: “Bahalaşmaya qarşı müvafiq tədbirlər görüləcək”

130 Baxış

Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deputatların təklifləri barədə danışıb. 

Oxu.Az-ın məlumatına görə, Ə.Əsədov qeyd edib ki, qaldırılan məsələlər, səslənən təkliflər istiqamətində araşdırmalar aparılacaq.

O bildirib ki, hökumət tərəfindən lazımi işlər görüləcək. Baş nazir məhsulların qiymətlərin bahalaşmasından da danışıb.

“Hökumət tərəfindən süni qiymət artımına qarşı müvafiq tədbirlər görüləcək. Bahalaşma bəzən bizdən asılı olmur. Belə ki, idxal edilən məhsulların özünün qiyməti istehsal edilən ölkələrdə qalxır, bizə baha gəlir”, – deyə Ə.Əsədov əlavə edib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678