Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rus komandandan etiraf: Çox çətin vəziyyətdəyik!

118 Baxış

Xersonda sakinlər üçün təhlükəli vəziyyət yaranıb, çətin qərarlar istisna edilmir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Ukraynadakı qoşunlarının komandanı, ordu generalı Sergey Surovikin jurnalistlərə açıqlamasında deyib.

General bildirib ki, ərzaqların çatdırılması çətinləşir, su və işıqla bağlı problemlər var:

“HİMARS raketlərinin zərbələri Antonovski körpüsünə və Kaxovskaya SES-in bəndinə ziyan vurub, hərəkət dayandırılıb. Nəticədə şəhərə ərzaq məhsullarının çatdırılması çətinləşir, su və elektrik enerjisi ilə bağlı müəyyən problemlər yaranıb. Bütün bunlar nəinki vətəndaşların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirir, həm də həyat üçün birbaşa təhlükə yaradır”, – deyə Surovikin bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə çox çətin vəziyyət yaranıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678