Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıt sakinlərinin yol problemi: Qurum məsələyə aydınlıq gətirdi – VİDEO

136 Baxış

Sumqayıt şəhərində yerləşən yeni qəbiristanlığın yolu bərbad vəziyyətdədir.

Bu barədə şəhər sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb.

Bildirilib ki, qəbiristanlığın girişindəki bərbad vəziyyətdə olan yol təmir olunmur.

Məsələ barədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Vətəndaşlara xidmət idarəsi ilə əlaqə saxladıq.

Qurumdan bildirilib ki, qeyd olunan ərazisinin bir hissəsi Sumqayıt şəhərinin yeni salınmış qəbiristanlığına aiddir:

“Yeni salınmış şəhər qəbiristanlığınının əsas giriş hissəsinə artıq yol çəkilib və asfalt örtüyü döşənilib. Qeyd olunan ərazidə isə avtomobillərin hərəkəti məhdudlaşdırılıb”. 

“Sözügedən ərazidə avtomobillərin hərəkəti nəzərdə tutulmayıb. Buna baxmayaraq hazırda həmin ərazidə ziyarətçilərin rahat hərəkətinin təmin olunması, piyada yolunun salınması üçün zəruri addımlar atılır”, – deyə qurumdan qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678