Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədən S-400 açıqlaması: “Rusiya ilə əməkdaşlıq davam edəcək”

124 Baxış

S-400 məsələsi də daxil olmaqla Rusiya ilə hərbi-texniki əməkdaşlıq Türkiyənin ehtiyaclarını təmin edir, buna görə də əməkdaşlığımız davam edəcək.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mücahit Küçükyılmaz deyib.

“S-400 məsələsində mövqeyimiz həmişə son dərəcə açıq olub. S-400 haqqında ictimaiyyətə dediklərimiz həqiqətən düşündüklərimizdir. İstər Qərb ölkələri, istərsə də Rusiya ilə danışıqlar zamanı mövzu barədə qeyd etdiyimiz detallar qüvvədə qalır”, – deyə o bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678