Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İcarəyə ötürdüyü kafedə özünə ad günü keçirən qadın cəzalandırıldı – FOTO

119 Baxış

Balakəndə ad günü məclisi təşkil edənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakəndə xüsusi karantin rejimi qaydalarının pozularaq ad günü məclisi təşkil edilməsinin qarşısı polislər tərəfindən alınıb.

Belə ki, martın 16-sı axşam saatlarında şəhər ərazisində yerləşən “5+” adlı kafedə oranı icarə əsasında işlədən, Hənifə kənd sakini Dilbər Mustafayevanın özünə doğum günü münasibətilə məclis təşkil etdiyi məlum olub.

Polislər tərəfindən obyektə baxış zamanı karantin qaydalarının pozulduğu aşkar edilib, D.Mustafayeva və qonaqlar barəsində qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678