Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanda cəbhədə itkin düşənlərdən pul qazanmağın yolunu tapdılar

115 Baxış

Ermənistanda cəbhədəki uğursuzluqlardan mənfəət əldə etməyin yolunu tapan fırıldaqçılar peyda olub.

Bu barədə “Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Bilidirilir ki, İrəvan sakini Q.B Qarabağda gedən döyüşlərdə itkin düşmüş hərbçinin yaxınlarından onu tapmaq üçün pul alıb. Sözügedən şəxs əvvəlcə özünü Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək ailədən övladları ilə bağlı məlumat üçün 100 min dram (təxminən 200 dollar) istəyib.

Bundan sonra isə o, erməni hərbçinin guya Azərbaycan tərəfinə əsir düşdüyünü, onu Rusiyadakı tanışları vasitəsilə ölkəyə qaytara biləcəyini bildirib və ailədən əlavə üç min dollar tələb edib.

Q.B adlı şəxs ailə üzvlərindən pulu götürərkən saxlanılıb.

Sözügedən informasiya isə növbəti dəfə Ermənistanda tüğyan edən korrupsiya, özbaşınalıq hallarını, erməni cəmiyyətinin hətta özləri üçün “taleyüklü” hesab etdiyi bir məqamda belə bir-birilərinə xəyanət edə biləcək xislətə sahib olmasını ortaya qoyub.

İnsanların müharibədə olan yaxınlarından xəbər ala bilməməsi, dövlət tərəfindən informasiyaların gizlədilməsi də bu kimi neqativ hallara rəvac verir.

Həmvətənlərinin tökülən qanından pul qazanmaq və mənfəət güdmək isə bütün dünyada özünü məzlum kimi göstərməyə cəhd edən, faktları saxtalaşdıraraq həqiqəti inkar edən ermənilər üçün heç də ayıb hesab oluna bilməz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678