Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qəza törədən sürücü hadisə yerində öldü – VİDEO

134 Baxış

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Baku TV xəbər verir ki, hadisə gecə saatlarında Sulutəpə dairəsindən Xocəsən dairəsinə gedən yolda qeydə alınıb. 

Belə ki, “Opel” markalı minik avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. 

Nəticədə avtomobil “AzSamand” markalı nəqliyyat vasitəsinə çırpılıb.

İdarəetmədən çıxan “Opel” yol kənarında hərəkətsiz dayanan “Mercedes” markalı yük maşına çırpılıb. Zərbənin gücündən “Opel” dərəyə aşıb, sürücü isə hadisə yerində ölüb. Əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib. 

Hadisənin baş vermə səbəbləri araşdırılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678