Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xızıda şəhid ailələrinə bayram sovqatı aparılıb – FOTO

135 Baxış

Xızıda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib.

Məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları 44 gün davam edən Vətən müharibəsində canından igid oğullarımızın ailələrini ziyarət ediblər. 

Şəhidlərin valideynləri ilə həmsöhbət olan polislər, onların qayğıları ilə maraqlanıb, Novruz bayramı ərəfəsində gətirdikləri sovqatları təqdim ediblər.

Görüşlər zamanı Vətən müharibəsində əldə etdiyimiz Qələbənin şəhidlərimizin, qazilərimizin və hazırda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyi vurğulanıb. 

Şəhid ailələri onlara göstərilər diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin bütün kollektivinə təşəkkür ediblər.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678