Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DYP: “Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur”

125 Baxış

Həftəsonu Bakıda nəqliyyat işləmədiyindən qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar müşahidə olunmaqdadır. Bu mövzuda vətəndaşları diqqətli olmağa çağırırıq. Nəzərə almaq lazımdır ki, hər sükan arxasına keçən şəxsə peşəkar sürücü demək olmaz. 

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, Dövlət Yol Polisinin çağırış etməkdə məqsədi paytaxt sakinlərinin təhlükəsizliyini təmin etməkdir:

“Həftəsonu ictimai nəqliyyat işləmədiyi üçün insanlar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətlərində qanunsuz sərnişin daşıma ilə məşğul olan mikroavtobuslardan istifadə edirlər. Həmin mikroavtobuslar insanlarla əvvəlcədən sövdələşərək yer və saat təyin edir. Daha sonra ara küçələrlə hərəkət edərək Sumqayıta, eləcə də digər ərazilərə qanunsuz sərnişin daşıyırlar. 

Polisin məqsədi baş verəbiləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Sərnişinlər nəzərə almalıdır ki, hər maşını olan, hər sükan arxasına keçən peşəkar sürücü deyil. Onların ünvan başına təhlükəsiz şəkildə çatması sual altındadır. Odur ki, bayram günlərində yol-nəqliyyat hadisələrinin qurbanı olmamaq üçün hər kəsi diqqətli olmağa çağırırıq. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərin əksəriyyətinin heç sürücülük vəsiqələri də yoxdur. Onların məqsədi sadəcə gəlir əldə etməkdir. Amma sərnişinlərin təhlükəsizliyi də nəzərə alınmalıdır. Odur ki, hər sərnişindaşıma mikroavtobuslarından istifadə etmək də tövsiyə edilmir”.

V.Əsədov onu da əlavə edib ki, Bakı üzrə qeydə alınan yol-nəqliyyat hadisələri zamanı sükan arxasında təcrübəsiz sürücülərin olması üstünlük təşkil edir:

“Bakı üzrə aparılan araşdırmalarda qeydə alınan qəzaların əksəriyyətinə 21-26 yaşlı sürücülərin səbəb olduğu müəyyən olunub. Onlar qanunsuz və gizli sərnişindaşıma ilə məşğul olduqları üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar. Dövlət Yol Polisi əməkdaşları avtomobili təhlükəli sürən sürücülər barəsində qanuna uyğun olaraq tədbirlər görür. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırırıq. Bu kimi halların qarşısını almaq məqsədilə paytaxtın “20 Yanvar” dairəsi adlandırılan ərazisində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678