Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəkidə avtomobil 67 yaşlı kişini vurdu – VİDEO

135 Baxış

Şəkidə axşam saatlarında avtomobil piyadanı vurub. Hadisə 20 Yanvar küçəsində qeydə alınıb. 

Elşən Babayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən 67 yaşlı Ələddin Məmmədovu vurub. 

Nəticədə piyada Ələddin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Onu dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, zərərçəkmişə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678