Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə Britaniya ştammının aşkar olunduğu şəxslərdən biri Ukraynada yoluxub – RƏSMİ

167 Baxış

Bu günə qədər Azərbaycanda COVID-19-un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla 1977-ci, 1961-ci, 1992-ci il təvəllüdlü üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb.

Həmin şəxslərdən birinin Ukraynada yoluxduğu müəyyən edilib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678