Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Özünəməxsus müalicə üsulu olmayan ştamm daha sürətlə yayılır – VİDEO

137 Baxış

Bu gün mutasiyaya uğramış Britaniya ştammı adlandırılan yeni növ virusun ölkəmizdə üç şəxsdə aşkar edildiyi bildirilib. 

Mütəxəssislərin son günlər apardığı çox önəmli dörd elmi tədqiqatın nəticəsi virusun Britaniya ştammının yoluxduruculuq əmsalının yüksək olması ilə yanaşı, öldürücülük faizinin də yüksək olduğunu təsdiq edib. 

Həkimlərin sözlərinə görə, qarşımızda keçən illə müqayisədə ölüm riski təxminən 70 faiz yüksələn virus dayanıb. Bu da onu göstərir ki, virus təkcə sürətlə yoluxmur, həm də həyat üçün daha da təhlükəlidir. 

Bu səbəbdən də həkimlər əhaliyə müraciət edərək bildiriblər ki, qarşıdakı günlərdə tələb olunan bütün qaydalara riayət edilməlidir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678