Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan könüllüləri arasında onlayn intellektual turnir keçirilib – FOTO

135 Baxış

17 mart tarixində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər arasında Novruz bayramına həsr olunmuş “Novruz çələngi” adlı onlayn intellektual turnir keçirilib. 

Müxtəlif könüllü təşkilatları arasında münasibətlərin möhkəmləndirilməsi, könüllülərin intellektual səviyyəsinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən turnirdə 11 fərqli könüllü təşkilatını təmsil edən gənclər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

“Nə? Harada? Nə zaman?” formatında baş tutan, eləcə də maraqlı və gərgin mübarizə şəraitndə keçən turnirin qalibi “Könüllü DOST” proqramının təmsilçiləri olub. ASAN Könüllüləri” Təşkilatı və “Könüllü Gömrükçü” dəstəsinin üzvləri isə müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürüblər. 

Qeyd edək ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə gənclərin intellektual fəaliyyətə cəlb olunması, bu sahədə bilik və bacarıqlarının artırılması, eyni zamanda, dinamik həyat tərzinə qaytarılması məqsədilə bu tip tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678