Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Zelenski gələn il üçün gözləntilərini paylaşdı: “İdeyalar çoxdur…”

157 Baxış

Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci il üçün gözləntilərindən bəhs edib.

“Focus”a verdiyi müsahibəsində o bildirib ki, gələn il bu il qədər çətin olmayacaq, insanlar özlərini daha yaxşı hiss edəcəklər:

“Bu sıçrayış ili asan deyildi, daha çətin, daha sərtdir. Yeni ilin əvvəlcə kimin üçün çətin olacağını dəqiqləşdirməlisiniz. Mənim üçün 2020-ci illə eyni, bəlkə də daha da çətin olacaq. Ümumiyyətlə, insanlar üçün ilin daha asan olacağını düşünürəm. Rəmzi bir il – müstəqilliyimizin 30-cu ildönümü ili olacaq. Bu ruh yüksəkliyi, qürur duyulası bir şeydir”.

O, Ukraynanın müstəqilliyinin ildönümünü qeyd etmək planlarından da danışıb:

“Düşünürəm ki, əla bayram keçirəcəyik, idealar çoxdur. Ukraynaya hörmət edən bir çox xarici lider gələcək”, – deyə Ukrayna lideri bildirib.

O, qeyd edib ki, gələn il iqtisadi baxımdan da asan olacaq:

“Böyük olmasa da, iqtisadi dirçəliş olacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678