Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Güclü külək Ağsuda bir sıra fəsadlar törətdi – FOTO

127 Baxış

Ötən gün axşam saatlarından başlayan güclü külək Ağsu rayonunda bir sıra fəsadlar törədib.

“Report” xəbər verir ki, külək rayonun Heydər Əliyev prospektində iri ağacları aşırıb. Ağaclardan birinin iri qolu piyada səkisinin, digər qolu isə vətəndaşa məxsus çardağın üstünə düşüb.

Şəhərin bir hissəsində, habelə 30 kəndin elektriklə təchizatında fasilə yaranıb. Çaparlı, Daşdəmirbəyli və digər kəndlərdə elektrik naqilləri qırılıb, bəzi evlərin dam örtüyünə, talvara ciddi ziyan dəyib.

Hazırda elektrik enerjisinin bərpası ilə əlaqədar iki briqada çalışır. Şəhərdə, eləcə də kəndlərdə baş vermiş fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678