Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tanınmış aktyor bu gün dəfn olunacaq

121 Baxış

Tanınmış aktyor Ramiz Hüseynzadə bu gün torpağa tapşırılacaq.

Oxu.Az mərhumun yaxınlarına istinadən xəbər verir ki, R.Hüseynzadə günorta saatlarında Nardaran qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, aktyor dünən qəfil beyin qansızmasından 42 yaşında dünyasını dəyişib.

Ramiz Hüseynzadə Azərbaycan televiziya məkanında ilk şou-əyləncəli verilişlərin yaradıcılarından biri olub. O, müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. “Taksi” verilişinin prodüseri, “Tək səbir” verilişinin baş prodüseri, “Arı şou” verilişinin yaradıcısı və aparıcısı olub, daha çox isə filmlərdə və seriallarda müxtəlif rolları ilə yadda qalıb. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678