Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Hazırda bu yolların açılması məsələsi müzakirə olunur”- Paşinyan DETALLARI AÇIQLADI

112 Baxış

“Üçtərəfli bəyanatda regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyi əks olunub. Bu o deməkdir ki, mövcud dəmir və avtomobil yolları açılmalıdır”.

Turanmedia.az KONKRET.az-a istinadən  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu yollar region ölkələri üçün əlçatan olmalı, yük və sərnişin daşımalarına xidmət etməlidir:

“Kommunikasiyaların açılması düşmənçilik deyil, sülh və təhlükəsizliyin bərpası məntiqinə əsaslanmalıdır. Hazırda bu yolların açılması məsələsi müzakirə olunur” – Paşinyan qeyd edib. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678