Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rahat Market” şəbəkəsinin daha bir filialı açıldı – FOTO

166 Baxış

Bu gün Bakıda “Rahat” supermarketlər şəbəkəsinin daha bir filialı fəaliyyətə başlayıb. 

Oxu.Az xəbər verir ki, yeni mağaza Nizami rayonunda Q.Qarayev pr. 37/64 ünvanında yerləşir. Metronun çıxışına yaxın ərazidə yerləşən yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən filial səbirsizliklə müştərilərinin yolunu gözləyir.

Çox çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar sizin ixtiyarınızdadır!

Qeyd edək ki, açılışda  “Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasın direktoru Samir Abdullayev də iştirak edib. Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb.

Bildirilib ki, dünya praktikasında izlənilən müxtəlif trendlərin, standartların yaxın zaman ərzində assosiasiya nümayəndələri tərəfindən ölkədə tətbiqi nəzərdə tutulur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678